Vaşinqton Kiyevə yardımı uzun müddət təmin etmək üçün məbləği hissələrə bölür.
Teleqraf.com xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Miller Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin ABŞ Konqresinin təsdiqlədiyi yardımın cəmi on faizini aldığı barədə sözlərinə cavab verib: “Bu, bizə Ukraynaya uzun müddət ərzində yardım göstərməyə imkan verir”.
Lakin o, konkret on faiz rəqəmi haqqında danışmaqdan imtina edib və sualı Pentaqona yönləndirib.
Qeyd edək ki, daha öncə Zelenski Ukraynanın ABŞ-ın təsdiqlənmiş yardımın yalnız on faizini aldığını açıqlayıb.