01:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzv olması ilə bağlı danışıqların 2028-ci ilin sonunadək dayandırılması barədə bəyanat ölkənin strateji maraqlarına cavab vermir.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) 44 əməkdaşının imzaladığı birgə bəyanatda deyilir.

Bəyanat müəllifləri bildiriblər ki, qərar Gürcüstan konstitusiyasına ziddir.

“Danışıqlar prosesinin uzadılması ölkənin təcridinə gətirib çıxaracaq. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan beynəlxalq və təhlükəsizlik mühitində cərəyan edən proseslər fonunda xüsusilə güclənən təhdidlərlə baş-başa qalır”, - bəyanatda deyilir.

Sənədi imzalayanlar arasında XİN-nin müxtəlif departamentlərinin rəhbərləri və xaricdə fəaliyyət göstərən diplomatlar yer alıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər