Almaniyanın keçmiş kansleri Angela Merkel Almaniya hökumətinin başçısı postunu tərk etdikdən sonra Fransa prezidenti Emmanuel Makronla görüşlər üçün darıxdığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
“Siyasətçi olmaq üçün darıxmıram. Lakin mənim darıxdığım bəzi şəxsiyyətlərlə, o cümlədən prezident Makronla görüşlərdir”, - eks-kansler bildirib.
Merkel qeyd edib ki, Makronun mədəniyyəti, zəkası və həll yollarını tapmaqda yaradıcı yanaşmasını həmişə bəyənib.