Türkiyə musiqisinin ən güclü səslərindən biri Sertab Erener Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, sənətçi hava limanında jurnalistlərin suallarını cavablandırıb.
O, Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsindən danışaraq həmkarı Edisin Azərbaycanı təmsil edəcəyi halda uğurlu nəticə olacağını bildirib: "Mahnı seçimi də önəmlidir. Edis onsuz da peşəkar müğənnidir. Ölkəmizin yenidən Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsinə qoşulmasını çox istəyərəm. Türkiyənin müsabiqədən iştirak etməkdən imtinası çox yanlış bir qərar idi. Müsabiqəni yalnız Avropa deyil, bütün dünya seyr edir".
Qeyd edək ki, Sertabın konserti 30 noyabrda Bakı Konqres Mərkəzində baş tutacaq. Konsertin təşkilatçısı “Kevents Group”dur.