Gürcüstanın paytaxtı Tbilisidə ölkənin əsas Yeni il yolkasının və illüminasiyaların işıqlandırılması üçün təntənəli mərasim keçirilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, buna səbəb radikal müxalifətin planlaşdırdığı təxribatdır.
Mer qeyd edib ki, işıqlandırılma bu gün axşam təmtəraqsız olacaq.
Qeyd edək ki, parlamentin binası qarşısında ənənəvi təntənəli mərasim dekabrın 14-nə saat 19:00-a təyin olunmuşdu. Etiraz aksiyası səbəbindən tədbir təxirə salınmışdı.