14:54
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyadakı imkanları böyük ölçüdə qorunub saxlanılır. Eks prezident Bəşər Əsədin devrilməsindən sonra ölkənin yenidən qurulmasında rəsmi Moskva rusların mümkün iştirakını nəzərə almağı istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Lenta.ru"ya türkiyəli analitik Taha Özhan bildirib.

“Fikrimcə, Rusiyanın xüsusi yeri var. Rusiya illərlə Əsəd rejimini dəstəkləməklə məğlub olub. Amma onun imkanları hələ də böyük ölçüdə qalır, xüsusilə də Rusiya Suriyanın yenidən qurulmasında iştirak edə bilsə”, – deyə ekspert vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər