14:51
231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili 4 min lari girov müqabilində azadlığıa buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı Tbilisi şəhər məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında qəbul edib.

Baş Prokurorluq siyasətçinin 5 min lari girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırmışdı.
Məhkəmə vəsatəti qismən təmin edib və A.Elisaşvili məhkəmə zalından azad edilib.

Xatırladaq ki, A.Elisaşvili dekabrın 2-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı zorakılıq əməli törədib. Dekabrın 5-də həbs edilən müxalifətçiyə qarşı Baş Prokurorluq siyasi təqib ittihamı irəli sürmüşdü. Tbilisi şəhər məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər