17:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər