"Bank BTB" bu ilin 9 ayını 493 min manat ziyanla başa vurub. Ötən il zərərin məbləği 987 min manat təşkil edib.
Teleqraf.com bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın cəmi öhdəlikləri və kapitalı 368 milyon 238 min manat olub.
Ötən ilin eyni dövründə bu rəqəm 376 milyon 759 min manat təşkil edib.
Bankın faiz gəlirlərinin həcmi 23 milyon 288 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 845 min manat çoxdur. Bunun fonunda bankın müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri azalıb.
Bankda tələbli depozitlərin həcmi də azalıb. Belə ki, bu ilin 9 ayında tələbli depozitlərin həcmi 11 milyon 511 min manat təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 11 milyon 960 min manat olub.
Fiziki şəxslərin tələbli depozitləri 2023-cü ilin 9 ayındakı 6 milyon 013 min manatdan bu ili yanvar-sentyabr aylarında 4 milyon 527 min manata qədər azalıb.
Əvəzində fiziki şəxslərin bankdakı müddətli depozitlərinin həcmi artıb.