15:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Ukraynada baş verən ssenarinin Gürcüstanda təkrarlanmaması üçün hər şey etdik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gürcü cəmiyyəti daha təcrübəlidir və onun dəstəyi ilə hökumət Gürcüstan üçün ciddi təhlükələrdən xilas ola bildi.

“Ukrayna məhv edilib, əhalinin təqribən dörddə biri ölkəni tərk edib və məcburi köçkünə çevrilib. Yüz minlərlə ukraynalı həlak olub. Bunların hamısı Ukraynada ona görə baş verdi ki, cəmiyyət o zaman lazımı ehtiyat göstərmədi. Gürcüstan cəmiyyəti daha təcrübəli olduğundan biz ilk növbədə, ölkəmiz üçün müharibədən qurtulduq”, - İ.Kobaxidze söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər