Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində velosipedçinin ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.
Teleqrafın Cənub müxbiri bildirir ki, Şənlik Səmədov idarə etdiyi 42-ce-402 dövlət nömrə nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə yolda velosiped ilə hərəkətdə olan 1981-ci il təvəllüdlü Murad Quliyevi vurub.
Qəza nəticəsində xəsarət alan velosipedçi M.Quliyev Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib, onun meyiti aidiyyati üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.