Ötən ay Azərbaycandan Gürcüstana 3,79 min ABŞ dolları köçürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
İllik müqayisədə pul köçürmələrinin məbləği 5,69% artıb. Noyabr ayında Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrin ümumi köçürmələrdəki payı 1,42% təşkil edib.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 4,53 min ABŞ dolları göndərilib ki, bu da illik müqayisədə 18,1% çoxdur.
Noyabrda Gürcüstana xarici ölkələrdən göndərilən pul köçürmələrinin ümumi həcmi illik müqayisədə 9,6% azalaraq 266,70 milyon ABŞ dollarına bərabər olub. Gürcüstandan isə xarici ölkələrə 33,3 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 5,7% çoxdur.