25 Dekabr 15:59
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti Maya Sandu təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Prezident bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Fikrimiz qurbanların, onların ailələri və zərərçəkənlərin yanındadır. Sağ qalanlara və xilasedicilərə güc diləyirik", - deyə Moldova lideri qeyd edib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər