ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə sanksiyanı Gürcüstanın demokratik və avroatlantik gələcəyini Rusiyanın xeyrinə sarsıtdığına görə tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.
Onun sözlərinə görə, B.İvanişvili hərəkətləri ilə demoktatik institutları məhv edib, insan haqlarının pozulmasına yol verib və Gürcüstanda əsas azadlıqların həyata keçirilməsini məhdudlaşdırıb.
“Bununla yanaşı, Gürcüstan avroatlantik yoldan, gürcü xalqının mütləq əksəriyyətinin istədiyi və ölkə konstitusiyasnının tələb etdiyi gələcəkdən yayındırılıb. Nəticədə Gürcüstan ərazilərinin 20 faizinin işğalını davam etdirən Rusiya üçün zəif olub”, - A.Blinken deyib.