27 Dekabr 21:54
210
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo "Globe Soccer" mükafatını qazanıb.

Teleqraf.com xəbər verir ki, 39 yaşlı hücumçu 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.

O, digər namizədlər Riyad Mahrez ("Əl-Əhli"), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi "Əl-Hiləl") və Sufyan Rahimini ("Əl-Əyn") qabaqlayaraq qalib gəlib.

Qeyd edək ki, 2023-cü ildə "Globe Soccer"in ilin ən yaxşı futbolçusu mükafatı Erlinq Haalanda, ən yaxşı məşqçisi isə Xosep Qvardiolaya (hər ikisi "Mançester Siti") verilmişdi. Həmin ilin ən yaxşı Yaxın Şərqin futbolçusu mükafatının qalibi isə Kriştiano Ronaldo olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər