Ukrayna hökuməti ölkənin Silahlı Qüvvələrinin hərbi zabitlərini ingilis dilini bilməsi barədə qərar qəbul edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Qərara əsasən, tələb ilk növbədə Müdafiə Nazirliyinə, Ukrayna Silahlı Qüvvələrinə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə, Dövlət nəqliyyat xidmətinə, Dövlət təhlükəsizliyi idarəsinə, Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti , Dövlət Xüsusi Rabitə Xidməti və Dövlət Sərhəd Xidmətinə aid ediləcək.
Qərarın hərbi qulluqçuların peşəkar fəaliyyətinə müsbət təsir göstərəcəyi gözlənilir.
“Bu, həmçinin beynəlxalq hərbi-texniki əməkdaşlıq tədbirlərində hərbçilərin peşəkar qarşılıqlı fəaliyyətini yaxşılaşdıracaq və Ukraynanı Aİ və NATO- ya üzvlüyə yaxınlaşdıracaq ”, - Müdafiə Nazirliyinin saytında deyilir.