28 Dekabr 18:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait 2023-cü ilin icra göstəricisindən 15,7 mln. manat və ya 1,8 dəfə, cari ilin gözlənilən icra göstəricisindən isə 9,4 mln. manat və ya 36,7% çox olacaq.

Teleqraf.com Hesablama Palatasının hesabatına istinadən xəbər verir ki, peşə hazırlığı və əlavə təhsilin təşkili üçün nəzərdə tutulmuş vəsaitin 13,4 mln. manatı və 38,3%-ü adambaşına maliyyələşməyə, 5,9 mln. manatı və ya 16,9%-i təqaüdlərin ödənilməsinə yönəldilməsi nəzərdə tutulub.

12,0 mln. manatı və ya 34,3%-i Masallı, Sabirabad, Şəki və Cəbrayıl rayonlarında yeni peşə hazırlığı mərkəzlərinin tikintisi və avadanlıqların alınması işlərinə ayrılması üçün proqnozlaşdırılır.

Hesablama Palatası növbəti ildədə peşə hazırlığı və əlavə təhsilin təşkili üçün nəzərdə tutulmuş vəsaitin nəzərəçarpacaq artımla proqnozlaşdırılması aktiv məşğulluq tədbirlərinin genişlənməsinə yönəlmiş tədbir kimi qiymətləndirilir.

2023-cü ildə 9518 nəfər işsiz və işaxtaran peşə hazırlığına və əlavə təhsilə cəlb olunub. Cari ilin sonuna 15 458 nəfərin, növbəti ildə isə 16 000 nəfərin peşə hazırlığına və əlavə təhsilə cəlb olunması nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər