Suriyanın yeni hökuməti Bəşər Əsəd rejimi devrildikdən sonra İrandan daha müsbət bəyanatlar gözləyib və Tehranın mövqeyinin dəyişəcəyinə ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu Suriyanın yeni hökumətinin başçısı Əhməd əl-Şəra deyib.
“İrandan müsbət açıqlamalar gözləyirdik”, - ölkə lideri vurğulayıb.
Əl-Şaranın sözlərinə görə, yeni hakimiyyəti Suriya xalqına vurulan travmaya baxmayaraq, İran hədəfləri qarşısında öz vəzifəsini yerinə yetiriblər.
Həmçinin Suriya lideri ölkəsinə müdaxilə etməyi dayandırmaq üçün İrana xəbərdarlıq edib:
“Suriya cəmiyyətinin geniş kəsimi İranın regionda müsbət rol oynayacağına ümid edir. Bu mərhələ İranın öz siyasətinə yenidən baxmasını tələb edəcək. Ümid edirəm ki, İran regiona müdaxilə ilə bağlı mövqeyinə yenidən baxacaq”.
Əl-Şəra Bəşər Əsəd rejiminin devrilməsinin İran üçün ağır itki olduğunu da söyləyib: “İran regionda mühüm müttəfiqini itirdi, “Hizbullah”a silah daşınan mühüm dəhliz də yoxa çıxıb”.
Əl-Şara Səudiyyə Ərəbistanının Suriyanın gələcəyində mühüm rol oynadığına da diqqət çəkib.
Suriya başçısı krallığın ölkəsində böyük investisiya imkanlarına malik olduğunu qeyd edib.