ABŞ-da Leqo qurğusunun bir hissəsi uçması nəticəsində ən azı on nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Massaçusets ştatının Peabodi şəhərində baş verib. Xəsarət alanların içində uşaqların da olduğu qeyd edilib.
Şou proqramına “Lego” uşaq konstruksiya dəstlərindən hazırlanmış qülləyə tor vasitəsilə bərkidilmiş şarların buraxılışı da daxil idi. Lakin konstruksiya təxminən dörd metr hündürlükdən insanların üzərinə düşüb.