31 Dekabr 2024 18:37
4 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni hökuməti İran da daxil olmaqla, böyük dövlətlərlə əlaqələrini kəsə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara deyib.

Hökumət başçısı bildirib ki, Dəməşq və Tehran arasındakı münasibətlər diplomatik prinsiplərə, iki ölkənin suverenliyinə qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipinə əsaslanmalıdır.

İran xarici işlər naziri Abbas Əraqçi bundan əvvəl söyləmişdi ki, Tehranın yeni rəhbərliyə yanaşması onun mövqeyindən asılı olacaq.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər