1 Yanvar 10:04
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azad edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər