31 Dekabr 2024 16:56
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu 2024-cü ildə Ukrayna və Kursk vilayətində 214 yaşayış məntəqəsini götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatında deyilir.

Hesabata görə, ən çox ərazi Ukraynanın Donetsk vilayətində ələ keçirilib – 157 yaşayış məntəqəsi.

Başa çatmaqda olan ilin mühüm hadisələrinə Ukraynanın Avdiv, Uqledar və Selidovo şəhərlərinin Rusiya tərəfindən nəzarətə alınması daxildir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər