31 Dekabr 2024 13:46
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolnisidə baş vermiş faciəvi insident cəmiyyətimizdə qanunun aliliyi, bərabərlik və yol hərəkətinin təhlükəsizliyi kimi vacib problemlərə bir daha işarədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Levan İoselianinin bəyanatında bildirilib.

O, aidiyyəti qurumları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsini prioritetləşdirməyə çağırıb.

Ombudsman qeyd edib ki, KİV hadisənin işıqlandırılması zamanı yoxlanılmamış informasiya yaymamlı və nifrət nitqindən çəkinməlidir.

L.İoseliani avtoqəza nəticəsində həyatını itirənlərin ailələlərinə və yaxınlarına başsağlığı verib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər