Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə Almaniyada dörd nəfərin həyatına son qoyub.
Teleqraf.com xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətində 24 yaşlı gənc özünün hazırladığı fişəngin partlaması nəticəsində həlak olub.
Saksoniyada atəşfəşanlıq nəticəsində iki ölüm faktı qeydə alınıb. Hamburqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, polis pirotexniki vasitələrdən istifadə ilə əlaqədar əhaliyə bir neçə dəfə xəbərdarlıq edib, həmin vasitələrin qanunsuz satışına qarşı əməliyyatlar keçirib.