31 Dekabr 2024 17:24
7 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin səlahiyyət müddəti 2025-ci ilin aprelin 1-dək uzadılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Sənədə əsasən, Z.Pataradze həmin tarixdən vəzifəsindən azad olunacaq. Fərman təsdiqlənməsi üçün prezidentə təqdim ediləcək.

Baş nazirin digər fərmanı ilə Z.Pataradzenin vəzifəsindən azad olunması haqqında hökumətin 26 avqust 2024-cü il tarixli fərmanı ləğv edilib.

Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Onun səlahiyyət müddəti 2025-ci ilin yanvarın 1-də başa çatacaqdı. Ləğv edilmiş fərmana əsasən, səfir vaxtından əvvəl tutduğu vəzifəsini tərk etməli idi.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər