Moskvanın yazılı razılığı olmadan YunanıstanınUkraynaya Rusiya silahlarını təhvil vermək hüququ yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov deyib.
“Rusiya ilə Yunanıstan arasında 30 oktyabr 1995-ci il tarixli hərbi-texniki əməkdaşlıq haqqında və 3 dekabr 2013-cü il tarixli hərbi təyinatlı məhsulların tədarükü ilə bağlı hökumətlərarası iki müqavilə var. Bu silahların ötürülməsi Rusiya tərəfinin yazılı razılığı olmadan mümkün deyil. Bu, Yunanıstanın beynəlxalq hüquqi öhdəliyidir”, - səfir bildirib.
Mediada Yunanıstanın vaxtilə Rusiyadan aldığı bəzi hava hücumundan müdafiə sistemləri və hərbi texnikaları Ukraynaya verə biləcəyi barədə məlumat yayılıb.