31 Dekabr 2024 14:32
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın ən böyük neft emalı zavodu Rusiyadan tədarüklərin azalmasını kompensasiya etmək məqsədilə Yaxın Şərq ölkələrindən daha baha qiymətə neft almağa məcbur olub.

Teleqraf.com xəbər verir k, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr qeyd edir ki, treyderlər 2025-ci ilin dünya bazarı ilə bağlı proqnozlarına fokuslandıqları üçün ixrac strukturundakı dəyişikliklərə dərhal reaksiya veriblər.

“Bharat Petroleum Corp.” şirkətinin maliyyə direktoru Vetsa Ramakrişna Qupta bildirib ki, bunun üçün tenderlər təşkil edilib, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər Yaxın Şərq ölkələrindən alternativ neft növləri alınıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər