Ötən ilin oktyabrında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1,8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 21,2 faiz, 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 17,9 faiz artıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan məhsulların qiymətləri isə azalıb.
Belə ki, 2024-cü ilin oktyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,8 faiz artsa da, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1 faiz, 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4.4 faiz azalıb.
İxrac olunan qeyri neft-qaz məhsullarının qiymət isə artıb. 2024-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 2,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 22,2 faiz, 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,9 faiz artıb.
İdxal inflyasiyası - idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiyadır.