3 Yanvar 15:05
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu parçalanır və bütün cəbhə boyu dağılır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Fransanın aviasiya polkovniki Reji Şaman "Stratpol"a müsahibəsində səsləndirib.

“Bu yaxınlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin dedi ki, Moskva öz məqsədlərinə çatmağa yaxındır. Bu gün olanlar onu göstərir ki, Ukrayna ordusu bütün cəbhə boyu dağılma prosesindədir", - polkovnik belə söyləyib.

O qeyd edib ki, Avropa liderləri nəhayət, Rusiya ilə birbaşa münaqişədə iştirakın mənasızlığına əmin olublar.

Şamanın sözlərinə görə, bunda Rusiyanın “Oreşnik” raket sistemindən istifadənin xüsusi rolu olub.

Təhlilçi xatırladıb ki, ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makron Varşavaya səfər edib və danışıqlardan sonra Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ukraynaya qoşun yeritməyəcəyini bildirib:

“Biz artıq nəticələri görürük. Avropa ölkələri Makronun axmaq bəyanatlarına baxmayaraq, Ukraynaya qoşun göndərmək fikrində deyillər, xüsusən də ABŞ-nin öz üzərinə əlavə öhdəliklər götürməyəcəyini və hətta silahları azaldacağını bilərək. Şəxsən mənim üçün "Oreşnik" bir növ qabaqcıl, bəhanədir, hər halda, Avropa İttifaqı və NATO Rusiya ilə müharibə apara bilməyəcək”.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər