Ermənistan-Gürcüstan sərhədindəki “Baqrataşen” nəzarət-buraxılış məntəqəsində yerləşən anbarda yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata əsasən, anbarda müxtəlif mallarla yanaşı, pirotexniki vasitələr də saxlanılıb.
Ermənistanın Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə yerinə 5 yanğınsöndürmə briqadası və patrul xidmətinin əməkdaşları cəlb olunub.