Çinin şimalında yerləşən Hebey əyalətinin Çenqde şəhərində nasoslu elektrik stansiyası ötən ilin sonunda tammiqyaslı istismara verilib. Bu, dünyanın ən böyük elektrik stansiyasıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Sinxua agentliyində yer alan yazıda bildirilir.
Stansiyanın quraşdırılmış gücü 3,6 milyon kVt-dır. O, ildə 6,61 milyard kilovatsaat elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulub.
2021-ci ildə enerji bloklarının birinci hissəsinin istismara verilməsindən indiyədək stansiya 8,62 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edib.
Elektrik sntansiyanın 480,800 ton kömür ekvivalent yanacağa qənaət edəcəyi və karbon qazı emissiyalarının ildə 1,2 milyon ton azaldılmasına kömək edəcəyi, ölkənin enerji səmərəliliyi və ətraf mühitin davamlılığı məqsədlərinə mühüm töhfə verəcəyi gözlənilir.