3 Yanvar 15:54
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Almaniyada məşğulluq səviyyəsi 46,1 milyon nəfər təşkil edib. Bu göstərici ölkənin 1990-cı ildə birləşməsindən sonra müşahidə edilən ən yüksək məşğulluq səviyyəsidir. Statistika göstərir ki, bu, ötən illərlə müqayisədə 72 min nəfər və ya 0,2 faiz çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatında qeyd olunub.

Koronavirusun tüğyan etdiyi 2020-ci il istisna olmaqla, ölkədə məşğulluq səviyyəsi 2006-cı ildən etibarən yüksəlişdə olub. Ölkədə iqtisadi inkişaf sürəti 2022-ci ildən etibarən əhəmiyyətli dərəcədə azalıb.

Məşğulluq səviyyəsinin yüksəlməsinin əsas səbəbi ölkəyə əcnəbi işçi qüvvəsinin gəlməsi və yerli əhalinin əmək bazarında iştirakının artmasıdır. Ölkədə məşğul əhalinin 75,5 faizi xidmət sektorunda çalışır. Bu sektorda 34,8 milyon nəfər işləyir ki, bu da ötən illə müqayisədə 153 min nəfər çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər