3 Yanvar 17:15
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna yerli istehsal olan "Trembita" raketləri ilə Moskvanı vurmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Nəşr vurğulayır ki, Donald Trampın vəzifəyə başlamasına cəmi üç həftə qalır və Bayden Administrasiyası Ukraynanı mümkün qədər çox silahla təmin etməyə tələsir.

Bayden Trampın Ukraynaya yardımını azaldacağından və ya dayandıracağından narahatdır.

ABŞ Ukraynanın yerli silahlar istehsal etməsində maraqlıdır.

Qeyd olunur ki, söhbət "Trembita"dan gedir.

Onun istehsalına 2023-cü ildən başlanılıb və bu ilin sonuna qədər başa çatacaq.

Bildirilir ki, raketin qiyməti cəmi 10.000 dollardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər