Dünyada havanın çirklənməsi ciddi problemə çevrildiyi vaxtda ən çox çirklənməyə məruz qalan şəhərin adı açıqlanıb.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, Vyetnamın paytaxtı Hanoy dünyanın ən çirkli şəhəri seçilib.
Son həftələrdə Hanoyda sıx dumanın olduğunu qeyd edən hökumət rəsmiləri problemi aradan qaldırmaq üçün elektrikli nəqliyyat vasitələrinin istifadəsini təşviq edəcəklərini açıqlayıblar. Hanoyda 2030-cu ilə qədər avtobusların və bütün taksilərin ən azı 50 faizinin elektrikli nəqliyyat vasitələrinin olması hədəflənir.