3 Yanvar 17:32
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səudiyyə Ərəbistanı rəhbərliyi Suriyanın yeni hakimiyyət orqanlarına dəstəyini ifadə edib və ölkənin yenidən qurulmasında kömək etməyə hazır olduğunu bildirib".

Teleqraf.com xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Ər-Riyada səfərindən sonra "X" hesabında yazıb.

“Səudiyyə Ərəbistanı Suriya xalqına və yeni administrasiyaya dəstəyini ifadə edib və Suriyanın dirçəlişində iştirak etməyə, onun birliyini və ərazi bütövlüyünü dəstəkləməyə hazır olduğunu təsdiqləyib”, - Əl-Şibani yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər