3 Yanvar 17:50
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden bir neçə həftə əvvəl Ağ Evdə komandası ilə gizli görüş keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" məlumat əldə edib.

Qapalı iclasda İranın nüvə obyektlərinə zərbə endirmək məsələsi müzakirə olunub.

Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan rəsmi Tehranın yanvarın 20-dək nüvə silahı yaratmağa çalışacağı təqdirdə endiriləcək zərbənin mümkün variantlarını təqdim edib.

Nəşr yazır ki, yekun qərar qəbul edilməyib.

Bayden Adminstrasiyasının İran üzrə xüsusi nümayəndəsi Riçard Nefyu “Foreign Affairs”də dərc olunan məqaləsində yazıb ki, Vaşinqton Tehranın nüvə proqramı ilə bağlı ciddi irəliləyiş əldə etməsə, ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər