Rusiyanın Voronej vilayəti yaxınlığındakı müəssisələrdən birində pilotsuz uçuş aparatının (PUA) dağıntıları səbəbindən yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev Telegram kanalında yazıb .
Onun sözlərinə görə, hücum edən pilotsuz təyyarələr xüsusi üsulla zərərsizləşdirilib.
“Vurulan PUA-lardan biri müəssisənin ərazisinə düşən zaman yanğın baş verib. Xəsarət alan olmayıb, qalıqlar söndürülüb, xüsusi təyinatlılar hadisə yerindədir”, - deyə rayon rəhbəri yazıb.