3 Yanvar 22:41
4 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə gözlənilməz səfərlə gələn Almaniyanın xarici işlər naziri Annalena Berbokla əl sıxmaqdan imtina ediblər.

Teleqraf.com xəbər verir ki, görüntülərdə Burbokun hökumət təyyarəsindən ilk enərək Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə tərəf getdiyi görünür. Suriyalı siyasətçilər də öz növbəsində əllərini ürəklərinin üstünə qoyub, nazirin əlini sıxmaq fikrində olmadıqlarını açıq şəkildə nümayiş etdiriblər.

Dəməşqə səfəri zamanı Berbok hökuməti Rusiya hərbi bazalarını Suriyanın Latakiya əyalətindən çıxarmağa çağırıb .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər