3 Yanvar 22:56
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS hərəkatı İsraillə Qətərin paytaxtı Dohada keçiriləcək danışıqların bərpa olunduğunu rəsmən elan edib.

Teleqraf.com bu barədə hərəkatın bəyanatına istinadən xəbər verir.

Sənəddə qeyd edilir ki, danışıqların mövzuları Qəzza zolağında tam atəşkəsə nail olmaq, İsrail qoşunlarının çıxarılması və fələstinli qaçqınların bütün Zolaqdakı evlərinə qayıtmasıdır.

Bununla belə, HƏMAS bəyanatında məhbusların - Qəzzada saxlanılan israilli girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla dəyişdirilməsi məsələsinin müzakirəsi planları barədə məlumat yoxdur .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər