3 Yanvar 23:59
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransızların 60 faizdən çoxu prezident Emmanuel Makronun istefasını istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzetinin sifarişi ilə Odoxa-Backbone sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Qeyd olunur ki, Makronun getməsini istəyənlərin sayı 2024-cü ilin sentyabrından bəri 7 faiz artıb.

Respondentlərin 86 faizi əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş nazir təyin etməli olacaq.

Sorğu yanvarın 2-3-də 1000 nəfər arasında keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər