Vaşinqton Rusiyanın nüvə silahından mümkün istifadəsindən narahatdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "Financial Times" qəzetinə müsahibəsində bildirib .
“Ehtimal 5%-dən 15%-ə yüksəlsə belə, bu son dərəcə ciddidir” deyən Blinken, Vaşinqtonun bu ehtimaldan “dərin narahat olduğunu” vurğulayıb.
Blinken Çinin bu vəziyyətdə mötədil rol oynaya biləcəyini də irəli sürüb .