4 Yanvar 02:03
2 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qazının tranzitini dayandırmaqla Norveç və Türkiyənin maraqlarından çıxış edir.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında saxlanılan Ali Radanın keçmiş deputatı Aleksandr Dubinski öz Telegram kanalında bildirib.

“Prezident Zelenski qaz tədarükünün Türkiyə və Norveç arasında yenidən bölüşdürülməsi üçün təxribatla məşğuldur”, - xalq deputatı qeyd edib.

Dubinski vurğulayıb ki, Zelenskinin qərarından Ukraynadan başqa hamı faydalanıb. Onun fikrincə, bu vəziyyətdən çıxış yolu sırf Rusiya ilə iqtisadi razılaşmalar ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər