"Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gələn ABŞ öz cavabını alacaq".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Departament Rusiyanın xarici iqtisadi strategiyasını qurarkən ABŞ-ın hərəkətlərinin nəzərə alacağını vurğulayıb.
Bəyanatda vurğulanır ki, yeni məhdudiyyətlərin tətbiqi dünya bazarlarında sabitliyin pozulması riski bahasına Co Baydenin prezidentlik müddətinin başa çatması ərəfəsində Rusiya iqtisadiyyatına zərər vurmaq cəhdidir .