Gəncədə mebel sexindəki yanğın söndürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ü.Hacıbəyli küçəsindəki sexdə baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Nazirlik yanğında xəsarət alanın olması barədə məlumatı təsdiqləməyib.
***
Gəncədə mebel sexində baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 24 yaşlı Sabir Nağıyev xəsarət alıb.
Onun bədəninin 50 faizinin yandığı bildirilir. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
***
Gəncə şəhərində mebel sexində yanğın baş verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh 61 ünvanında qeydə alınıb.
Yanğın nəticəsində xəsarət alan var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bölmələri cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.