19:53
209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolts ABŞ-nin yeni prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarına cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şolts Sosial Demokratlar Partiyasının Berlində keçirilən federal konqresində danışıb.

O, Trampın sözlərindən narahat olduğunu bildirib, eləcə də Trampa Qrenlandiya üzərindəki sərhədlərin toxunulmazlığını bir daha xatırladıb.

“Sərhədlərin toxunulmazlığı prinsipi bizim şərqimizdə və ya qərbimizdə yerləşməsindən asılı olmayaraq hər bir ölkəyə şamil edilir”, - Şolts deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər