20:27
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya müxtəlif dünya liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı danışıqların mümkünlüyünü müzakirə etməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Sosial Demokrat Partiyasının qurultayındakı çıxışında bildirib.

“Biz nəhayət Ukraynada ölüm və dağıntılara son qoyacaq vicdanlı danışıqlar üzərində işləməliyik" - Şolts deyib.

O, həmçinin Ukrayna tərəfinin bu proseslərdə iştirakının vacibliyini vurğulayıb və qeyd edib ki, Kiyevin razılığı olmadan heç bir qərar qəbul edilməməlidir.

Onun fikrincə, yalnız belə yanaşma ədalətli sülhə nail olmağa imkan verəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər