Yanvarın 14-də Qusar rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan oğlan həbs edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirlənidirilən 2006-cı il təvəllüdlü Murad Novruzbəyov (şərti) məhkəmə zalında həbs edilib.
Qusar rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında qandallanıb.
Qeyd edək ki, araşdırmalar zamanı Muradın 9-cu sinif şagirdi olan qızla sevgi yaşaması və onu Qusarın kəndlərindən birində yerləşən evinə aparması məlum olub.
Hazırlığa gedən yeniyetmənin valideynləri onun evə gəlmədiyini görərək polisə müraciət ediblər və beləliklə hadisənin üstü açılıb.