İran və Rusiya dövlətləri güclərini kənardan kiminsə müəyyən etməsi ilə razılaşmır.
Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.
“Solovyov Live” telekanalına danışan dövlət başçısı bildirib ki, Rusiya və İran kənar müdaxilələrə dözmək niyyətində deyil.
“Moskva və Tehran razılaşmır ki, bizim ölkələrin rolunu kənardan kimlər müəyyənləşdirsin. Biz müstəqil siyasət aparmağa qadirik və birlikdə regionda təhlükəsizliyi və iqtisadiyyatı inkişaf etdirməyə, buraya sülh və sabitlik gətirməyə hazırıq. Bizə Qərb lazım deyil”, - Pezeşkian vurğulayıb.