Slovakiyanın baş naziri Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskinin qulluqçusu olmaq niyyətində olmadığını bildirib və Avropa İttifaqından Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsində paylaşımında deyib.
“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır. Robert Fiko Slovakiyanın baş naziridir, Ukraynanın qulluqçusu deyil”, - baş nazir bildirib.
O, Ukraynanın Avropaya qaz tranzitini dayandırması ilə Aİ-dən Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu vurğulayıb.