21:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın baş naziri Robert Fiko Macarıstanın baş naziri Viktor Orban ilə Ukrayna Silahlı Qüvvələrinin “Türk axını” qaz kəmərinin kompressor stansiyasına hücumu fonunda qaz kəmərlərinin mühafizəsini müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri “Pravda” ya müsahibəsində bildirib.

Fikoya görə, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmaqla ABŞ-ın yeni prezidenti Donald Trampa kömək etdiyini düşünür.

Beləliklə, o hesab edir ki, Zelenski ABŞ-a Avropa bazarına daha bahalı mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün imkanlar açır.

Xatırladaq ki, yanvarın 13-də Ukrayna pilotsuz təyyarələri “Türk axını” ilə qaz tədarük edən Krasnodar diyarında yerləşən “Russkaya” kompressor stansiyasına hücum etməyə cəhd edib. Qaz kəmərinin iki qolundan biri tamamilə Avropaya yönəlib. “Türk axını” kəməri Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiyanı Rusiya yanacağı ilə təmin edən yeganə qaz kəməridir.


Müəllif: Arzu

Oxşar xəbərlər